Novxanı ərazisində yerləşən dalğaların səsləri ilə müşayiət olunan Kalyon restoranı zövq və mənzərənin möhtəşəm birləşimidir. Dəniz mənzərəli restoran öz qonaqlarını sakitləşdirici təbiətin qucağına dəvət edir. Aşpazlarımızın diqqətlə hazırladığı milli mətbəximizə aid yeməklər damağınızda xüsusi iz buraxır.
400 nəfərlik terras zalı canlı musiqisiylə hər kəsin zövqünü oxşayır. Hər həftə ulduz qonaqlar, dillər əzbəri olan ifalar, mükəmməl aura və əsrarəngiz şou proqramla əyləncənin zirvəsi olur. Eyni zamanda 200 nəfərlik dəbli və eleqant interyerə sahib olan dəniz mənzərəli zalda özəl günlərinizi, xüsusi tədbirlərinizi keçirə bilərsiniz. Restoranda 250-300 nəfərlik banket zalı da mövcuddur. Bəyaz rəngin sadəliyi və zərifliyi ilə dizayn edilmiş zalda özəl günlərinizi unudulmaz edə bilərsiniz.
İşgüzar görüşlərdən tutmuş xüsusi şənliklərə qədər hər bir tədbirə uyğun 4-25 nəfər aralıqlı bir-birindən möhtəşəm interyerə məxsus otaqlar mövcuddur. Kalyon restoranının idarəetməsi Palıd Group tərəfindən həyata keçir.