Əjdər Məmməd oğlu Məmmədov 22 iyun 1986-cı ildə anadan olmuşdur. O, 2004-2008-ci illərdə Azərbaycan Dövlət İqtisad Universitetinin ( UNEC ) istehsal və xidmət sahələrinin iqtisadiyyatı və idarəedilməsi ixtisası üzrə ali təhsil almışdır. 2008-2009-cu illərdə həqiqi hərbi xidmətdə olmuşdur. 2013-cü ildə Alman inkişaf fondunun (KFW) Azərbaycanda təşkil etdiyi kredit texnologiyası və aqro kreditləşmə üzrə “Certificate of Excellence” beynəlxalq təlimçi kursunu bitirmişdir. Müxtəlif müəssisələrdə biznesin kreditləşdirilməsi və kənd təsərrüfatının strukturu mövzularında təlimlər keçmişdir.
2009-2015-ci illərdə maliyyə sahəsi olan bank və sığorta sektorunda rəhbər vəzifələrdə çalışmışdır. Bununla yanaşı öz şəxsi biznesini də qurmağa nail olmuşdur. Belə ki, 2013-cü ildə “Palıd Group” şirkətini təsis etmiş, ilk olaraq turizm sahəsində fəaliyyət göstərən şirkət sonralar tibb, ictimai iaşə, kosmetologiya sahələrini də özündə birləşdirmişdir. Hal-hazırda Palıd şirkətlər qrupu ölkə daxili, həmçinin də ölkə xaricində beynəlxalq layihələrin təşkilatçısı və tərəfdaşı olaraq fəaliyyətini davam etdirir.