1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü ilə əlaqədar “Palıd Group” şirkəti tərəfindən “Özsüt” Sumqayıt restoranında möhtəşəm əyləncəli gün təşkil olunub.
Sağlamlığını itirən, kimsəsiz, xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün keçirilən tədbirdə müxtəlif maraqlı və maarifləndirici proqramlar təqdim edilib. Uşaqların günboyu rahat hərəkətini təmin etmək üçün bir neçə dayə ayrılıb, həmçinin şən klounlar, fərqli film personajları bu əyləncəyə xüsusi rəng qatıb.
Şənlikdə “Tık-tık xanım” tamaşası, həmçinin uşaqların özünün də iştirakı ilə rəngarəng tamaşa nümunələri göstərilib. Proqram zamanı təşkil olunan face art uşaqların böyük sevincinə səbəb olub.
DJ-in iştirakı ilə musiqi və rəqslərin bir-birini əvəzlədiyi şou-proqramdan həm uşaqlar, həm də valideynləri məmnun qalıblar.
Gələcəkdə də “Palıd Group” tərəfindən uşaqlar üçün belə əyləncəli proqramların keçirilməsi nəzərdə tutulub.